Sürücülərin nəzərinə!

16 İyul 2014 15:22 (UTC+04:00)
Bakıda 3 yolda nəqliyyatın hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, İstiqlaliyyət, Əziz Əliyev, Azərbaycan və Füzuli küçələrində (Füzuli meydanı) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AzNews.az