Azərbaycanlı Avroliqaya təyinat aldı
10 Sentyabr 2012 09:06 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Orxan Hüseynzadə beynəlxalq təyinat alıb. Bu barədə məlumatı AFFA yayıb.
Bildirilir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 20-də, Təl-Əviv şəhərindəki Bloomfield stadionunda keçiriləcək "Hapoel" (Təl-Əviv, İsrail) – "Atletico (Madrid, İspaniya) oyununun UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
Elxan
AzNews.az