Kreditini müəllimlərə ödətdirən direktor danışdı- Video

17 İyul 2014 11:27 (UTC+04:00)
İyulun 15-də Bakının Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzovanın banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit götürərək onlara ödətdirməsi barədə məlumat yayılıb.


ANS TV-nin mövzu ilə bağlı hazırladığı reportajı şərhsiz təqdim edirik:

Qeyd edək ki, "Qafqazinfo" məsələ ilə əlaqədar Təhsil Nazirliyinə sorğu göndərib. İyulun 16-da Bakı şəhəri üzrə Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırılma aparılır. Bütün təfərrüatlar məlum olduqdan sonra məlumat veriləcək.



AzNews.az