Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir
17 İyul 2014 12:16 (UTC+04:00)
Avropa Parlamenti bu gün Ukraynayla bağlı qətnamə qəbul etməlidir. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qətnamə layihəsinin mətnini Avropa Parlamentinin deputatları dünən müzakirə ediblər. Burada Rusiyanın Ukrayna münaqişəsindəki fəaliyyətinə dair qınaq yer alıb. Yekunda Avropa Parlamentinin deputatları Rusiyaya qarşı sanksiyaları genişləndirməyi qərara alıblar. Bu haqda təfərrüatlar ayın sonunda elan olunacaq. Avropa deputatları həmçinin Avropa İttifaqı və Ukraynanı imzalanmış müqavilənin şərtlərini mümkün qədər tez yerinə yetirməyə çağıracaqlar.
Aydan Axundova
AzNews.az