Rusiya Ukrayna hərbi təyyarəsini vurdu

17 İyul 2014 13:52 (UTC+04:00)
Ukraynaya məxsus "Su-25" hərbi təyyarəsi ölkəsinin hava məkanında vurulub.

AzNews.az-ın məlumatına görə, Ukrayna mediası xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko deyib ki, "Su-25" Rusiyaya məxsus hərbi təyyarə ilə Ukrayna ərazisində vurulub: "İyulun 16-da yerli vaxtla 19:00-da Rusiya tərəfindən növbəti təxribat həyata keçirilib. Rusiya Silahli Qüvvələrinin hərbi təyyarəsi Ukrayna Ordusunun ölkə ərazisində xidməti tapşırığını yerinə yetirən "Su-25" təyyarəsinə raket zərbəsi endirib".

A.Lısenkonun sözlərinə görə, pilot katapult olaraq, təhlükəsiz yerə evakuasiya olunub: "Pilot sağdır və hadisə nəticəsində yaralanan olmayıb".

Aydan Axundova
AzNews.az