Ukraynada vurulan sərnişin təyyarəsində ölənlərin sayı 298-ə çatdı- VİDEO

18 İyul 2014 07:20 (UTC+04:00)
Ukraynanın Donetsk vilayəti üzərində yerdən vurularaq partladılan sərnişin təyyarəsində ölənlərin 283-ü sərnişin, 15-i ekipaj üzvü olmaqla 298 nəfərə çatıb.
AzNews.az-n xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Malayziya Hava Yolları Şirkəti xəbər verib.
Aviaşirkət ölənlərin qohum və yaxınları üçün qaynar xətt açıb.
Hazırda ölənlərin kimliyi müəyyənləşdirilərək, yaxınlarına məlumat verilir.
Həlak olanlardan 80-ə yaxını uşaq olub.

Xatırladaq ki, "Boinq-777" sərnişin təyyarəsi Ukrayna ərazisində, Rusiya sərhəddinin 60 kilometrliyində vurulub. Qəza təyyarənin Rusiya sərhədlərinə girməyə bir neçə dəqiqə qalmış baş verib. Təyyarə Amsterdamdan Kuala-Lumpura hərəkət edirdi. Ukrayna üzərində təyyarə 10 min metr yüksəklikdə uçurdu.

Ukrayna kəşfiyyatı bildirir ki, təyyarə silahlı separatçılar tərəfindən vurulub. ABŞ kəşfiyyatı "torpaq-hava" tipli raketin uçuşunu qeydə alıb. Bu tip raketlər həç üsyançılarda həm də ukrayna ordusunda mövcuddur.

Separatçıların isə məsələyə öz baxışları var. Onlar iddia edirlər ki, təyyarəni Ukrayna qırıcıları vurub. Bu məlumatı Boinqin uçuşunu izləyən ispaniyalı dispetçer də öz tvitter səhifəsində 2 qırıcıını radarda gördüyünü deyərək təsdiq edib.

Rusiya və Ukrayna Müdafiə Nazirlikləri, eləcədə silahlı separatçılar qəzanın baş verməsində iştrak etmələrini istisna edirlər. Ukrayna prezidenti Petr Poroşenko isə baş verən hadisəni terror aktı adlandırıb. Məsələ ilə bağlı cinayət işi qaldırılıb.

Bu arada Ukrayna üzərində bütün uçuşların istiqaməti dəyişdirilib.

Qondarma Donetsk Xalq Respublikasının separatçıları təyyarənin partlama nöqtəsində "qara qutu"ların tapdıqlarını və Moskvaya təhvil vermək istədiklərini bildiriblər. Poroşenko isə onları hərtərəfli istintaqa maneçilik göstərməkdə günahlandırıb.





Əhməd
AzNews.az