Türkiyədə zəlzələ təşvişi yaşandı

18 İyul 2014 08:23 (UTC+04:00)
Bu gün səhər saatlarında Türkiyə zəlzələ təşvişi yaşanıb. ANS PRES-in məlumatına görə, Türkiyə vaxtı ilə saat 06:58-də İzmirin Urla rayonunda yeraltı təkan qeydə alınıb.

Türkiyənin Fövqəladə Hallar Komitəsinin açıqlamasında görə, zəlzələnin gücü 4 baldan çox olub. Zəlzələnin 17,6 kilometr dərinliyində baş verdiyi vurğulanıb.

Yeratı təkan nəticəsində dağıntı və xəsarət alan barədə məlumat verilməyib.

Qeyd edək ki, son aylarda Türkiyənin Egey bölgəsində zəlzələ ocağı aktivləşib.

AzNews.az