Türkiyə parlamentində İŞİD əleyhinə sərt çıxış – Video
18 İyul 2014 12:59 (UTC+04:00)
Türkiyə Böyük Millət Məclisinin iclası zamanı çıxış edən deputat Əli Özgündüz AKP hökumətini kəskin tənqid edib.
AzNews.az-ın məlumatına görə, baş nazir Rəcəb Tayyib Ərdoğanı və dövlətin güc strukturlarını sərt ittiham edən Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan olan millət vəkili "İraq Şam İslam Dövləti" (İŞİD) adlı terror qruplaşmasının öndə gedən şəxslərinin Türkiyədə böyük imkanlara sahib olduğunu diqqətə çatdırıb.
O deyib ki, Türkiyədə İŞİD-ə dəstək verən qüvvələr var və bunların qarşısını almaq üçün dövlət heç bir ciddi tədbir görmür.
Xatırladaq ki, İqdırdan olan Ə. Özgündüz Azərbaycan türküdür.
Parlamentdəki çıxışı təqdim edirik:
AzNews.az