Prezidentin oğlu tutuldu
18 İyul 2014 19:04 (UTC+04:00)
Misir polisi ölkənin devirilmiş prezidenti Məhəmməd Mursinin kiçik oğlunu həbs edib.
ANS PRESS-in məlumatına görə, bu haqda Misir təhlükəsizlik xidmətinə istinadən "World Bulletin" xəbər yayıb.
"Abdulla Mursi Asuana gedən qatara minmək istəyərkən saxlanılıb", - deyə xəbərdə deyilir.
Qeyd edilir ki, axtarışda olmuş Misirin sabiq prezidentinin oğlu Abdulla Mursi Beni-Sueyf təhlükəsizlik idarəsinə aparılıb.
Daha əvvəl isə iyulun 2-də məlumat yayılmışdı ki, Abdulla Mursi narkotiklərin istifadəsi və saxlaması ittihamı ilə azadlıqdan məhrum edilib.
AzNews.az