Mif və reallıq

10 Sentyabr 2012 10:40 (UTC+04:00)
AzNews.az 1985-ci ildə ABŞ-da Türk-amerika assosiyasiyası assambleyası tərəfindən nəşr edilən "Erməni genosidi. Mif və reallıq" kitabını dilimizə tərcümə edərək, sizə təqdim edir. Günümüzün acı reallığından biri də Ermənistan dövlətinin terroru dəstəkləməsi və həyata keçirilməsində bilavasitə iştirak etməsidir. Xüsusilə son günlər Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiyası və Prezident İlham Əliyev tərəfindən əhv edilərək, azadlığa qovuşmasından sonra Azərbaycana və vətəndaşlarımıza qarşı aqressiv olan erməni terror təşkilatlarının hədələri ilə üz-üzə qaldığımız bir ərəfədə tarixi faktlar baxımından bu kitab olduqca böyük əhəmiyyət kəsb edir.

Kitabda ilk növbədə hamıya məlum olmayan dərc edilmiş faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatlarının konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni genosidi" kimi adlandırılan mif ifşa edilir. İlk növbədə erməni terrorizmi – onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotik ticarəti ilə əlaqəsi, onun agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. Bu beynəlxalq təhlükəsizlik xidməti üçün ciddi məsələ olub. Kitab mütəxəsislər, o cümlədən, geniş oxucu kütləsi üçündür.

Giriş

1970-ci illərin əvvəli Türkiyə əleyhinə ən təhlükəli formada aparılan erməni kompaniyasının dirçəldilməsi ilə yadda qaldı. Burada iddia olunur ki, guya əsrin əvvəllərində Osmanlı türkləri tərəfindən Osmanlı imperiyasının erməni vətəndaşlarına qarşı "soyqırım" aktı həyata keçirilmişdir.

Son on beş il ərzində mütəmadi terror aktları ilə körüklənən bu kampaniya erməni terrorçuları tərəfindən 50-dən çox türk vətəndaşının, xüsusilə də, dünyanın müxtəlif bölgələrində diplomatların və onların yaxın qohumlarının amansızcasına qətlə yetirilməsi ilə daha da vüsət almışdır. Terrorçuların nümayiş etdirdiyi qəddarlıq bu günün faciə standartları ilə müqayisədə belə heyrət doğurur. Məsələn, 1983-cü ildə Orli hava limanındakı Türk hava yolları köşkünün yanında partlamış və yeddi günahsız insanın ölümünə səbəb olmuş erməni terrorçu bombasını uçuş zamanı yüzlərlə kişi, qadın və uşağı daşıyan təyyarənin yük bölməsində işə salmaq nəzərdə tutulmuşdu.

Erməni terrorçularının məkrli fəaliyyəti Şimali Amerikadan da yan keçməmişdir. Dörd türk diplomatı – iki baş konsul, vitse - konsul və fəxri baş konsul Amerika torpaqlarında vəhşicəsinə qətlə yetirilmişdir. Kanada da erməni terrorçuları Türkiyə səfirliyinin hərbi attaşesini öldürmüş, ticarət attaşesini isə yaralamışlar. Başqa bir basqın zamanı terrorçular türk səfrini öldürmək niyyətilə Ottavadakı Türkiyə səfirliyinin giriş qapısını partlatmış və kanadalı qarovulçunu öldürərək, səfirliyin binasına soxulmuşlar. Səfir sağ qalmış, lakin çox ciddi bədən xəsarətləri almışdır.

Xüsusən Qərbi Avropa və Şimali Amerikadakı Ermənstanın Azadlığı uğrunda Erməni Gizli Ordusu (ASALA), Erməni Genosidinin Ədalət Kommanosu (KSAQ) və Erməni İnqilab Ordusu (APA) kimi müxtəlif erməni terrorçu təşkilatları çeşidli qanlı basqınlar üçün "kredit" əldə etmək iddiasında idilər.

Terrorçular hər basqın haqqında guya 70 il əvvəl onların əcdadlarının "soyqırım"a məruz qalması ilə bağlı "qisas" aktı kimi məlumat verirdilər.
Adlarının müxtəlif olmasına baxmayaraq, bu təşkilatlar aşkar bəyan edilən məqsədlər ətrafında birləşmişlər:

a) Birinci dünya müharibəsi zamanı öz erməni əhalisini guya düşünülmüş şəkildə soyqırıma məruz qoyması ilə bağlı Türkiyəyə müqəssir damğası vurmaq.
b) Erməni dövləti yaratmaq üçün Türkiyəni ərazi güzəştlərinə getməyə məcbur etmək. ASALA-nı fikrincə həmin ərazilər "artıq azad olunmuş" Ermənistan Respublikasının tərkibinə daxil olmalıdır.

Türk diplomatlarına və digər günahsız insanlara hücumlar nəticəsində kütləvi informasia vasitələrinin diqqətindən yararlanan erməni-amerikan təşkilatları, özlərini "əsas istiqamət" qrupları kimi səciyyələndirərək və terrorçuların siyasi tələblərini ucadan səsləndirərərək, müxtəlif beynəlxalq forumlarda öz israrlı tələblərini irəli sürməyə başladılar.

ABŞ-da bu qrupların yürütdüyü taktika ermənilərin guya "soyqırım"a məruz qaldığını iddia edən qətnamələrin konqress tərəfindən bəyənilməsinə yönəlmişdir ki, bu yolla onlar törətdikləri terrorçu aktlarına və qətllərə bəraət qazandırmaq niyyəti güdürlər.
Baxılan saxta "memorial" bəyannamələr – ABŞ konqresi tərəfindən hər il "insanın insana qarşı amansızlığı" kimi adlar altında onlarla qanun layihələri qəbul olunur – "erməni soyqırımı haqqında bəyannamə"lər sözügedən əksər sənədlərin ruhuna qətiyyən uyğun olmayan müasir siyasi məna daşıyır və türk xalqının heysiyyatına toxunur.

Belə qətnamələr türk ictimaiyyətində olduqca geniş və güclü reaksiyalar doğurmuşdur. Belə çıxır ki, türk siyasi liderlərinin öz xalqı qarşısında bəraət almağa heç bir yolu qalmır. Amerika konqresi böyük ədalətsizliyə yol verərək yalanı doğru kimi təsdiqləməklə və mahiyyət etibarilə erməni terroristlərinə haqq qazandırmaqla günahsız türklərin qətlə yetirilməsi üçün bəhanələri qanuniləşdirmiş olardı.

Belə şəraitdə, ABŞ üçün bəlaya çevrilmiş beynəlxalq terrorizm qurbanları üçün səslənən zəng sədaları altında bü cür bəyannamələrin qəbul edilməsi ilə bağlı erməni vəkillərinin Birləşmiş Ştatlar konqresinin müəyyən hissəsinin dəstəyini qazanması türkləri və amerikalı türkləri şoka salmışdır. Bu qətnamələr nəinki beynəlxalq terrorizmin aradan qaldırılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərə ziddir, həmçinin NATO-nun tərkibində fövqəladə vacib rola malik olan dost ölkə Türkiyə ilə münasibətlər üçün də təhlükəlidir.

Bu soraq kitabçası oxucunu beynəlxalq terror şəbəkəsinin bir hissəsi olan erməni terrorizmi fenomeni, eləcə də, Birləşmiş Ştatlar konqresində fasiləsiz olaraq müzakirəyə çıxarılan uydurma "erməni soyqırımı" qətnamələri və erməni terrorizminin əsas əlaqələri ilə tanış etmək məqsədi daşıyır. Kitabçada bu qətnamlələrin əsaslandığı erməni bəyanat və deklarasiyalarına da aydınlıq gətiriləcəkdir.

"Faktlar və sənədlər soraq kitabçası" kimi burada minimum interpretasiya, maksimum sənədli dəlillər və "üçüncü partiya" ekspertlərinin rəyləri təqdim olunacaq.

Soraq kitabçası dörd fəsildən ibarətdir; hər fəslin əvvəlində qısa giriş mətni, bundan sonra nəşr olunmuş işlərdən silsilə parçalar, dövlət məmurlarının bəyanatları və s. yer alır. Soraq kitabçasının digər hissəsində bu sitatların da yer aldığı bütöv mətnlərdən ibarət əlavələr yerləşdirilmişdir.

"Strateji əhəmiyyətli məsələlər" adlanan giriş fəsli Türkiyə Respublikasının Qərbin müdafiə strategiyasına verdiyi əsas töhfələrə işıq salır. Burda həmçinin ermənilərin öz məqsədlərini həyata keçirəcəyi halda ümumilikdə qərb təhlükəsizliyinin məruz qalacağı təsirlər araşdırılır. Başqa sözlə desək, erməni terrorçu təşkilatlarının və konqresinin qətnamələrinin nəzərdə tutduğu kimi, ermənilərin ərazi iddialarının haçansa reallaşacağı təqdirdə, bunun Qərbin təhlükəsizlik maraqları ilə bağlı hansı nəticələr doğuracağını ifadə edir. NATO ərazisinin əsas hissələrindən birinin "azad edilməsi" və onun Ermənistan Sovet Sosialist Respublikasına (terrorçular tərəfindən artıq "azad olunmuş" ərazi kimi qələmə verilən) birləşdirilməsi NATO ittifaqının yaradılması məqsədini açıq-aşkar gülünc vəziyyətə salardı. Üstəlik, "erməni soyqırımı haqqında qətnamə"nin dəstəklənməsi ermənilərin son dərəcə şübhəli tarixi iddialarının təsdiqi demək olardı.

Baxmayaraq ki, belə qətnamələri dəstəkləyən konqres üzvlərinin aşkar niyyəti bu deyil, şübhə yoxdur ki, onların razılığının qeyri-iradə nəticələri Birləşmiş Ştatlarla Türkiyə arasındakı möhkəm dostluq bağlarına ciddi ziyan vuracaq. Məlum səbəblərə görə erməni terrorçuları və onların yardımçıları ilə bağlı incəliklərə getdikcə daha həssas yanaşan türk ictiami fikri bu qətnamələrin konqress tərəfindən dəstəklənməsini öz müttəfiqi olan ABŞ-ın qanunverici orqanının Türkiyə ərazisini parçalamağa yönəlmiş səsvermə kimi qiymətləndrir.

1985-ci ilin noyabrında dövlət katibi Corc Şulte nümayəndələr palatasının rəhbərinə yazdığı məktubda qeyd edir: "Bu terrorçu kompaniya soyqırım məsələsini" bütün türkləri narahat edən millətçi məsələyə çevrilib. Türkiyəni soyqırımda günahlandıran qətnamənin dəstəklənməsi dərhal Türkiyədə Birləşmiş Ştatlara qarşı ictimai reaksiyaya səbəb olacaq".

Sözügedən məsələ üzrə çox aydın və həmrəy qətnamə ilə konqresə müraciət edən Türkiyə Böyük Millət Məclisi (Türkiyə parlamenti) üzvləri də eyni baxışları ifadə etmişlər.

"Bu cür qətnamənin qəbul edilməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinə düzəldilməsi mümkün olmayan böyük zərbə vura bilər." Unutmaq lazım deyl ki, biz ikitərəfli müqavilələrlə bağlı öz üzərimizə öhdəliklər götürmək, ümumi müdafiə təşkilatımız (NATO) çərçivəsində birgə varlığımızı və ərazi bütövlüyümüzü qoruyub saxlamaq niyyətindəyik.

Milli maraqlara qarşılıqlı hörmət və bu maraqlarin üçüncü ölkələrə münasibətdə də qorunub saxlanması son dərəcə vacib əhəmiyyət kəsb edir.

"Qətnamənin ABŞ konqresi tərəfidən dəstəklənməsi bu gerçəklikdən imtina demək olardı və bu ittifaqın ruhunu və əsaslarını zədələmiş olardı. Deməli, Türkiyə belə aksiyanı səthi nəzərdən keçirməyəcək və müvafiq qərarlar verməyə məcbur olacaq".

Bu gedişatın neqativ nəticələrinin icmalı göstərir ki, belə qətnamənin qəbulu Qərb alyansına düşmən olan qüvvələrin marağına xidmət edəcəkdir.

Bilirik ki, bizim bəzi qanunvericillərimiz "erməni soyqırımı haqqında" qətnaməni praktiki nəticəsi olmayan simvolik jest hesab edirlər. Görünür, onlar inanırlar ki, amerika ermənilərinin əsas təbəqələri yalnız öz əcdadlarının xatırlanması və yad edilməsi ilə bağlı möhkəm vədlərdən başqa heç nə istəmir.

Onların fikrincə, söhbət yalnız keçmişdən gedir, tarixin bir versiyanın təsdiqlənməsi heç bir ziyanı gətirməz. Bu isə, əlbəttə, doğru deyil. Xüsusilə də, özlərini əsas təşkilatlar kimi xarakterizə edən erməni-amerikan qruplarının şərqi Türkiyə torpaqlarının "azad" etmək haqqında açıq bəyanları fonunda, eləcə də, "marksist-leninçi" və ya "millətçi" erməni terror təşkilatlarının "azad edilmiş ərazilərdə" "sosialist dövləti" qurmayınca türkləri öldürməyə davam edəcəklərini bildirdikləri bir vaxtda".

Hətta bəziləri daha irəli gedərək, bu "dövlət"i Sovet Ermənistanına birləşdirməyə təşəbbüs göstərirlər. Buna görə də, indiki vaxtda müəyyən tarixi versiyanın təsdiqinə simvolik bir jest kimi deyil, geosiyasi nəticələr əldə etmək vasitəsi kimi baxmaq lazımdır.

"Erməni terrorizmi və beynəlxalq terror şəbəkəsi" adlanan ikinci fəsildə erməni terrorçularının" daha iri şəbəkə olan beynəlxalq terrorizmlə əlaqəsi araşdırılır. Burada erməni terrorçu təşkilatları ilə Yaxın Şərqin müxtəlif terrorçu qrupları arasındakı əlaqələr, o cümlədən, narkotik qaçaqmalçılığı və ABŞ-ın obyektlərinə hücum kimi fəaliyyət sahələrində onların əməkdaşlığı ilə bağlı məsələlərə işıq tutulur.

Dövlət katibi Şults nümayəndələr palatasının keçimş spikeri Tomas P.Oneylə yazdığı məktubda erməni terrorçuları ilə Amerikanın maraqlarına qəsd edən Yaxın Şərq terrorçu təşkilatları arasındakı əməkdaşlığı xüsusi qeyd edir.

"Türk xalqının soyqırım törətməkdə günahlandırılmasına çalışan terroçular 50-dən çox türk diplomatını və Amerika vətəndaşını qətlə yetirmişlər. Bu terrorçular soyqırım ittihamını şübhə altına alan amerikalıları məhv ediblər. Onlar Livanda bizim əməkdaşlara hücum çəkən, əməkdaşlarımızın oğurlanmasında iştirak edən digər "qardaş" terrorçuları dəstəkləyiblər. Türkiyəni guya soyqırım törətməkdə günahlandıran 192 saylı qətnamənin qəbulu bu və digər terrorçular tərəfindən onların qəddar kampaniyasına dəstək və mükafat kimi qiymətləndiriləcək".

Soraq kitabçasının ikinci fəslində terrorçu fəaliyyətin dəstəklənməsi ilə bağlı erməni təşkilatlarını "əsas qrupları"nın irəli sürdüyü müxtəlif bəhanələr haqında danışılır. Daha sonra burada onların özlərini iyrənc manerada türklərin törətdiyi "soyqırım"ın günahsız qubanları kimi qələmə verməsi və terrorçu məqsədlərinin guya çoxsaylı erməni icmaları iərəfindən dəstəklənməsi təəssüratı yaratmaq üçün tarixin öz versiylarında təsdiqlənməsi niyyətləri müzakirə edilir.

Yaşadığımız zamanda beynəlxalq terrorizm sərhəd tanımayan fasiəsiz savaşa çevrilmişdir. Bu yeni müharibə formasıdır. Bu "az qanlı" müharibə təxribatçı qərb təşkilatları və Qərb alyansı tərəfindən aparılır. Müharibəni və sülhü bir arada tutan, savaşa siyasətin davamı kimi baxan bu yeni strategiyanı düz sivilizasiyanın mərkəzində reallaşdırmaq istyirlər. Bu fəsildə erməni terrorçularının bu təbii düşmən qüvvələrlə necə əlbir olması haqqında danışılır.

Soraq kitabçasının "Tarixi aspekt" adlanan üçüncü fəslində birinci dünya müharibəsi zamanı erməni "soyqırımı"nın həqiqətən də olub-olmaması ilə bağlı çox vacib məsələ araşdırılır. Amerika alimlərinin, o vaxtkı erməni başçılarının və Osmanlı imperiyasının digər müşahidəçilərinin sözlərinə görə, müəyyən olunmuşdur ki, 19 əsrin birinci yarısı, 20 əsrin əvvəllərində birinci dünya müharibəsinə qədərki 40 il ərzində erməni inqilabçıları əhaini dövlətə qarşı qiyam qaldırmağa təhrik etmişlər. Bəlli olur ki, birinci dünya müharibəsi zamanı Osmanlı dövlətinə xəyanət etmiş ermənilərin fəaliyyəti iqtidarı məcburiyyət qarşısında qoymuş, osmanlıların müdafiə səylərinə xələl gətirən erməniləri onların fəal olaraq dəstəklədiyi işğalçı rus ordusunun keçdiyi ərazilərdən köçürməyə sövq etmişdir. Eyni zamanda köçürmə erməni və müsəlman vətəndaşlar arasında getdikcə artan qarşıdurmaları önləmək məqsədi daşıyırdı.

Bu fəsildə birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasının şərq əraziləri Rusiyanın işğalına məruz qaldıqdan sonra rusların təhrikilə ermənilərin silahlı üsyan qadırmaları haqqında söz açılır. Bu üsyan nəticəsində onlar əsasən ermənilərə aid olmayan ərazilərdə sırf erməni dövləti yaratmaq niyyəti güdürdülər. Müharibə, quldurluq, aclıq və epidemiyalar böyük itkilərə səbəb oldu. Ermənilər zərər gördü, lakin elə həmin vaxt 2,5 miyon türk və başqa millətlərin nümayəndələri də həlak oldu. Sözsüz, burada imperiyanın erməni əhalisinin məhv edilməsi ilə bağlı əvvəlcədən düşünülmüş və dövlət tərəfindən həyata keçirilmiş heç bir sxem yox idi. Nəzərə almaq lazımdır ki, Türkiyənin qərbində məskunlaşmış on minlərlə erməni rus cəbhəsində baş verən hadisələrin təsirinə məruz qalmamışdır.

Amerika elmi ictimaiyyətinin böyük əksəriyyətini təşkil edən, Türkiyə və onun tarixi üzrə ixtisaslaşan altmış doqquz amerika alimi açıq bəyanatla ermənilərin "soyqırım"a məruz qalmaları haqqında konqresin təklif etdiyi qətnamənin qəti əleyhinə çıxmışlar. Onlar açıq bəyan etmişlər ki, müasir elm 70 illik soyqırım ittihamlarını sadəcə olaraq dəstəkləmir.

Bu fəsildə göstərilir ki, 1915-ci il hadisələri qlobal müharibə zamanı aparılan vətəndaş müharibəsi kimi təsnifləndirilməlidir. Birinci dünya müharibəsindən sonra erməni başçılarının Paris sülh konfransına təqdim etdiyi memarandum bütün bunlara aydınlıq gətirən bir sənəddir. Burada erməni üsyanı və birinci dünya müharibəsi zamanı ermənilərin verdiyi itkilər müttəfiqlərin Osmanlı üzərində qələbəsinə çalışaraq, vuruşan tərəfin itkiləri kimi nəzərdən keçirilir.

Nəhayət, bu fəsildə ən səhih demoqrafik araşdırmala istinad olunur və müharibə zamanı ermənilərin verdiyi itkilərin şişirdilməsi (eyni zamanda müsəlman əhalinin verdiyi tələfatların tamamilə inkar edilməsi) ilə bağlı erməni təbliğatçılarının göstərdiyi səylər gün işığına çıxarılır, eləcə də, onların osmanlı erməniləri "qəddar" osmanlı türklərinin qurbanları kimi qələmə vermək cəhdləri təhlil olunur. Burada yalançı "soyqırım"ın üstündən 70 il keçməsinə baxmayaraq, çoxsaylı gənc ermənilərin hələ də türklərə - guya baş vermiş hadisələr zamanı heç doğulmamış, onların özü kimi adi insanlara - qarşı nifrət ruhunda tərbiyə olunması haqqında da danışılır…

"İttiham və polemika" adlı dördüncü və sonuncu fəsildə 70 il müddətində erməni təbliğatçıları və özünü alim adlandıran bəziləri tərəfindən irəli sürülən müxtəlif saxta tarixi sənədlər və polemik arqumentlər müzakirəyə çıxarılır. Bu fəsildə bir çox saxta teleqramların təhlili də yer almışdır. Osmanlı imperiyasının daxili işlər naziri Tələt Paşanın adına çıxarılan bu teleqramlarda guya "ermənilərin məhv edilməsi" haqqında əmrlər verilmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, sadəcə fasiləsiz olaraq təkrarlanması səbəbindən, müasir elm bu saxta materialları ifşa etməyənə qədər, həmin saxtalaşdırmalar uzun müddət fakt statusuna malik olmuşdur.
Biz əminik ki, bu soraq kitabçasını oxuyanlar erməni terrorizmi anlayışının və bir sıra tarixi faktların mahiyyətini doğru-dürüst anlayacaqlar. Əlbəttə, bitmək bilməyən qanlı terror hadisələrinə və tarixi antitürk iftiralarına baxmayaraq, hələ də davam edən türk-amerikan passivliyi ilə heç nə əldə etmək olmaz.

Təsadüfi deyil ki, hazırda bu terrorizm 1960-ci illərdə doğulmuş gənc ermənilər tərəfindən həyata keçirilir. Onlarin ata-babaları türklərlə ermənilərin əsrlər boyu ərsəyə gətirdiyi tarazlığin pozulmasında ermənilərin hansı rolu oynadığını çox gözəl bilirdilər. Onların təqsiri ondadır ki, 70 il əvvəl erməni və qeyri ermənilər üçün faciəyə çevrilmiş bu konfliktlər zamanı ermənilərin necə bir günah işlədiklərini öz gələcək nəsillərinə çatdıra bilməyiblər.

Kitabın yazılmasında iki məqsəd nəzərdə tutulmuşdur. Birincisi – erməni olmayan və bu məsələlərlə yaxından maraqlanan insanlara yardım etmək, 70 il əvvəl Şərqi Anadoluda baş vermiş hadisələrin düzgün anlaşılmasına nail olmaq; ikincisi – Birləşmiş Ştatlardakı və başqa yerlərdəki erməni icmalarında yer alan antitürk elementlərini xəbərdar etmək ki, artıq azad şəkildə, cəzasız olaraq antitürk təbliğatı aparmağın sonu çatmaq üzrədir.

Bu mənada erməni terrorizminin əldə etdiyi yeganə uzunmüddətli nəticə ondan ibarətdir ki, bundan sonra ermənilərin tarixi təhrif edərək, maneəsiz yaymasına imkan verilməyəcək.

AzNews.az