BMT-də “Boeing-777” ilə bağlı qətnamə hazırlandı- Rusiya hədəfdə
21 İyul 2014 12:12 (UTC+04:00)
Bu gün BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın şərqində Malayziyaya məxsus təyyarəyə dair qətnamə müzakirəyə çıxarılacaq.
AzNews.az-ın xəbərinə görə, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Mark Layel Qrant bildirib ki, qətnamənin mətni artıq hazırdır. Sənədin müzakirəsi bu gün yerli vaxtla 15.00-da başlanacaq.
Qeyd edək ki, Rusiyanın BMT-dəki səfiri Vitaliy Çurkin də faciənin beynəlxalq araşdırmasını tələb edən qətnamə layihəsini təqdim etdiyini bildirib.
Xatırladaq ki, 17 iyulda Ukraynanın şərqində Malayziya Hava Yollarının Amsterdam – Kuala-Lampur istiqamətində hərəkət edən təyyarəsi qəza edib. Hadisə zamanı 298 nəfər həlak olub.
Aydan Axundova
AzNews.az