Azərbaycan - Özbəkistan matçının vaxtı açıqlandı
21 İyul 2014 20:20 (UTC+04:00)
Azərbaycan - Özbəkistan matçının başlama saatı bəlli olub.
Avqustun 20-də futbol üzrə milli komandamız Özbəkistanla yoldaşlıq oyunu keçirəcək.
ANS PRESS-in məlumatına görə, artıq qarşılaşmanın başlama saatı müəyyənləşib.
Matçın start fiti saat 21.00-da çalınacaq.
Qarşılaşmaya "Bakcell Arena" ev sahibliyi edəcək
AzNews.az