Kücədə qadın meyidi tapıldı
22 İyul 2014 09:19 (UTC+04:00)
Bu gün səhər saatlarında Gəncədə sakinlər qadın meyidi tapıblar. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, tapılan meyid yaşayış binasının altında aşkarlanıb.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanalrı cəlb olunub. Meyidin 60-65 yaşlarında naməlum qadın olduğu müəyyən olub. Hələlik qadının kimliyi və ölüm səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
AzNews.az