At qəssabı “bıçaqlayıb”

10 Sentyabr 2012 12:45 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Maştağa qəsəbəsi, Mehdi Hüseyn küçəsində yaşayan 31 yaşlı Tarix Quliyev ürək nahiyəsindən aldığı bıçaq xəsarətliə 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən verilən məlumata görə, T.Quliyevin ifadəsi alınıb. Qəssab işləyən Tarix Quliyev atdan yıxılaraq xəsarət aldığını deyib. İlkin ehtimala görə, o, bıçaqlanma hadisəsini ört-basdır etmək istəyir.

AzNews.az