İranda valyuta rekord həddə bahalaşıb

10 Sentyabr 2012 12:58 (UTC+04:00)
İranda xarici valyutaların dəyəri son iki gündə yenidən bahalaşaraq rekord səviyyəyə çatıb. İranın valyuta bazarlarında hər bir ABŞ dolları 2400 tümənə, avro isə 3100 tümənə satılır.

İranda sanksiyaların təsiri nəticəsindən valyuta ehtiyatlarının azalması və bunun nəticəsində bahalaşma müşahidə olunur. Son 6 ay ərzində İranın valyuta bazarlarında xarici valyutaların İran rialına nisbətən məzəndəsi 200 faizdən çox bahalaşıb.

İran neftinin ixracının azalması və ölkəyə daxil olan valyutanın azlığı ölkədə xarici nominatların baha satılmasına gətirib çıxarır. İndiyə qədər Mərkəzi Bankın bunun qarşısını almaq məqsədi ilə apardığı işlər nəticəsiz qalıb.

Alpər
AzNews.az