Milyonlarını “Qırmızı Aypara”ya bağışladı
25 İyul 2014 06:44 (UTC+04:00)
Türkiyədə qohumlarının sahib çıxmadığı 74 yaşlı zəngin qadın 2.5 milyon lirə (938 000 AZN) qiyməti olan daşınmaz əmlakını "Qrmızı Aypara" (Kızılay) cəmiyyətinə bağışlayıb. ANS PRESS-in xəbərinə görə, zəngin bir atanın qızı olduğunu deyən Edirnə sakini Məryəm Hadım atasının ölümündən sonra işləyərək bu zənginliyi artırdığını bildirib.
"Atamın yeganə övladı olduğum üçün məni uzağa gəlin vermədi və bəy bizim evdə yaşamağa başladı. Amma xöşbəxt də ola bilmədin. Çox istəməyimə baxmayaraq Allah mənə övlad da vermədi. Ata-anam öldükdən sonra hər iki tərəfdən olan qohumlarım mənə sahib çıxmadılar. Mən də onlara əsəbləşdim və bütün var-dövlətimi Türkiyə "Qırmızı Aypara" cəmiyyətinə bağışladım".
Məlumata görə, bağışlanan var-dövlətin tərkibində torpaq sahəsi, evlər və bina var.
AzNews.az