Federasiya Şurasının üzvü: "Yasenyukun istefası batan gəmidən qaçmaqdır”.

25 İyul 2014 07:25 (UTC+04:00)
"Ukrayna baş naziri Arsen Yasenyukun istefası batan gəmidən qaçmaqdır".

AzNews.az-ın məlumatına görə, bunu açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabbarov deyib.

Ukrayna siyasi arenasında baş verən son proseslərə şərh verən rusiyalı deputat A. Yasenyukun bu addımını düzgün gediş adlandırıb: "Yasenyuk ağıllı adamdır. O, başa düşür ki, Ukrayna hara gedir. Yəni ölkə vətəndaş müharibəsi içindədir, qarşıdan payız gəlir, təbii qazın Ukraynaya verilməsi məsələsi isə öz həllini tapmayıb. Bu problemi həll etmək üçün isə büdcədə maliyə vəsaiti də yoxdur".

V. Cabbarov hazırda Ukrayna siyasi səhnəsində bəlağətli bəyanatlara yer olmadığını da qeyd edib: "Orada bulanıq bir mühitdir. Belə ab-havada hökumətə rəhbərlik edəcək, problemləri həll edəcək güclü siyasətçi görmürəm".

AzNews.az