Şəmkir sakinləri bir-birini bıçaqladı- bir ölü
25 İyul 2014 08:24 (UTC+04:00)
Şəmkirdə qətl törədilib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Moral kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Mübariz Zamanov və onun tanışı, 1986-cı il təvəllüdlü Elşən Nəcəfov aralarında yaranmış münaqişə zəminində bir-birinə bıçaq xəsarətləri yetiriblər. M. Zamanov aldığı xəsarətdən dünyasını dəyişib.
E. Nəcəfov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
AzNews.az