Daha bir erməni hücumuna məruz qaldıq

10 Sentyabr 2012 15:09 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyanın rəsmi saytı www.karate.az erməni xakerlər tərəfindən dağıdılıb. Sayta daxil olduqda erməni Qurgen Markaryanın şəkli və türklərin qətlə yetirilməsini əks etdirən mini film videosu yerləşdirilib.

Federasiyanın prezidenti Yaşar Bəşirov bu barədə məlumatı AzNews.az əməkdaşından alıb. Rəhbərlik bu barədə ölçü götürəcəklərini deyib.

AzNews.az