Nikah zamanı üzüklərini itirdilər

10 Sentyabr 2012 15:36 (UTC+04:00)
İngiltərədə toy zamanı maraqlı hadisə yaşanıb. Nikah zamanı bəylə gəlin üzüklərini itib. Belə ki, üzük saxlayan şahid onu əlindən yerə salıb. Kilsədə rahib də daxil olmaqla bütün toya gələnlər saatlarla üzükləri axtarıb.

Sonda tapılmadığını görən gəlinin anası öz üzüyünü gəlinə verib beləcə nikah davam edib. Toy bitdikdən sonra gəlinin qohumları kilsəyə qayıdıb üzüyü tapıblar.

Səadət Abbaslı
AzNews.az