Azərbaycan daha bir səfirlə vidalaşır

10 Sentyabr 2012 15:41 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç səlahiyyət müddətinin bitməsi ilə əlaqədar sentyabr ayının 14-də vida mərasimi keçirəcək.

Məlumatı Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşı da təsdiqləyib. Bildirilir ki, cümə günü saat 12-də keçiriləcək mərasimə ölkənin siyasi və ictimai xadimləri, həmçinin mətbuat orqanlarının rəhbərləri də dəvət olunub.

Qeyd edək ki, Bakıya gəlməzdən əvvəl Türkiyə prezidenti Abdulla Gülün köməkçisi işləyən Hulusi Kılıç Azərbaycanda səfir kimi fəaliyyətə 2008-ci ildən başlayıb. İşlədiyi müddətdə mətbuata açıq olması ilə diqqət çəkən türk diplomat iki övlad atasıdır.

Elxan
AzNews.az