Kral Abdullahın ailəsi Türkiyəyə toya gəldi -FOTO

11 Sentyabr 2012 07:47 (UTC+04:00)


Səudiyyə Ərəbistanı kralı Abdullahın ailəsi özəl təyyarə ilə Türkiyənin Antalya şəhərinə gəlib. Kral ailəsinin səfəri zamanı onlarla bərabər gətirilən yüklərin daşınması üçün 5 yük maşınının kirayələnməsi mətbuatın diqqətini çəkib.

AzNews.az-ın Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, kral ailəsi üçün Antalya aeroportuna 20 lüks avtomobil də gətirilib. Təhlükəsizlik tədbirlərinin diqqət çəkdiyi səfərə kral ailəsinin 55 üzvü qatılıb.

Ailə Kral Abdullahın Antalya limanında saxlanılan "Şəhzadə Əbdüləzəz" adlandırılan gəmisinə gedib. Məlumatlara görə, kral ailəsi Türkiyəyə toyda iştirak etmək üçün gəlib və 20 gün orada qalacaq.

E.Əlosmanqızı
AzNews.az