İran “Qara əqrəb”i asdı

11 Sentyabr 2012 08:09 (UTC+04:00)


İranda qadınlara qarşı zorakılıqda təqsirləndirilən "Qara əqrəb" ləqəbli Sadiq Muradi edam edilib. İran mətbuatının məlumatına görə, o, Tehranın Savalan meydanında əhalinin gözü qarşısında asılıb.

Sadiq Muradi Tehranın 79 saylı əyalət məhkəməsinin qərarı ilə edama məhkum edilmışdi. 4 il əvəvl İran paytaxtında bir qadını oğurlamağa cəhd edən "qara əqrəb" polis tərəfindən həbs olunmuşdu. Bir il sonra isə barəsində aparılan tədqiqatın sonucu olaraq 30-dan çox qadın və qıza qarşı zor tətbiq etməkdə, zorlamaqda, oğurluqda ittiham edilən bu şəxs barəsində edam qərarı çıxarılmışdı.

Maraqlıdır ki, uzun müddət müzakirələrdən sonra S.Muradinin edam hökmü ömürlük həbslə əvəz edilsə də, ötən il yenidən edama məhkum olunub.

Alpər
AzNews.az