İŞİD lideri agent çıxdı - FOTO
31 İyul 2014 16:28 (UTC+04:00)
"İraq və Şam İslam Dövlətinin lideri İsrailin agentidir".
ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə İran mətbuatı çıxış edib.
Mətbuatda yazılanlara görə, İŞİD lideri Əbubəkir əl-Bağdadi ölüb və onun yerinə İsrail casusu yerləşdirilib.
İddiaya görə, əl-Bağdadi 8 il bundan əvvəl, 2006-cı ildə öldürülüb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden tərəfindən mediaya sızdırılan sənədlər bunu təsdiq edir.
Əl-Bağdadinin yerinə gətirildiyi iddia edilən şəxsin saqqalsız və saqqallı fotoları yayılıb.
Həmin fotonu sizə təqdim edirik.
AzNews.az