Bu rayonların qazı kəsiləcək

1 Avqust 2014 08:31 (UTC+04:00)
Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması, qaz xəttinin mənbəyə birləşdirilməsi, siyirtmənin quraşdırılması və kranların dəyişdirilməsi ilə əlaqədar bu gün saat 13:00-dək Sabunçu və Nərimanov, saat 14:00-dək Abşeron, saat 18:00-dək İmişli, saat 19:00-dək Sabirabad, işlər başa çatanadək isə Ağdaş rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az