Şamaxıda meşənin yanmasının qarşısı alındı

1 Avqust 2014 08:55 (UTC+04:00)
Hadisə Kərəkənc kəndi və Mədrəsə qəsəbəsi ərazisində qeydə alınıb

Şamaxıda meşə yanğını başlayıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Kərəkənc kəndi və Mədrəsə qəsəbəsi ərazisində qeydə alınıb.

Yanğın nəticəsində 6 ha sahədə ot yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı aınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Xatırladaq ki, ötən ayda Lerik və Lənkəran rayonlarında da meşə yanğınları qeydə alınıb. Yanğınlarla mübarizə üçün FHN havaya bir necə helikopter qaldırmalı olub.

AzNews.az