Tolik Aygün Kazımovaya sürpriz hazırlayıb

11 Sentyabr 2012 09:00 (UTC+04:00)


Xalq artisti Aygün Kazımova tanınmış prodüsseri Tarix Əliyevi (Tolik) işdən çıxardığını deyib. Bu barədə AzNews.az-a danışan Tolik bildirib ki, məsələyələ bağlı A.Kazımovayla əlaqə saxlayıb və fikirlərinə hörmət edib: "Aygün xanımla işdən çıxarılmağım haqqında telefonla danışdım. O, xəbəri eşidən kimi güldü və mən bunu səmimi qəbul etdim. Hər bir müğənni əsəbləşə bilər ki, bu da onun fikirlərinə təsir etsin. Allah etməsin!... Aygün xanımla 7 aydır ki, bir yerdəyik və aramızda heç bir insident olmayıb. Çünki gələcəkdə bizim bir çox planlarımız, layihələrimiz var. Düşmənlərimiz sevinməsin, belə bir şey yoxdur. Heç istəmərəm də ki, belə bir şey olsun".

Tolik onu da qeyd edib ki, bu ilin sonuna kimi A.Kazımovanın Bakının möhtəşən saraylarının birində solo-konsertini keçirtmək fikrindədir. Prodüser Xalq artistinin belə bir fikirdə olmasına əmin deyil.

Fuad Mədətov
AzNews.az