Əməkdar artist təqdimatını təxirə saldı- “8 balamız şəhid olub...”

1 Avqust 2014 14:32 (UTC+04:00)
Əməkdar artist Gülyanaq Məmmədova yeni klipini təqdim etməkdən imtina edib.

"Qafqazinfo"nun məlumatına görə, ifaçı bu gün BMM-də keçirilməsi nəzərdə tutulan klip təqdimatını təxirə salıb.

"Bu gün nəzərdə tutduğumuz klip təqdimatını təxirə saldım. 8 balamız şəhid olub. Çox kədərliyəm. Allah onlara rəhmət etsin, ailələrinə və Azərbaycan xalqına səbr versin. Bu gün matəmdir. Belə bir gündə şadyanalıq etmək, tədbir keçirmək bizə yaraşmaz"-,deyə xanəndə bildirib.

AzNews.az