İstanbulda dəhşətli qəza

1 Avqust 2014 17:32 (UTC+04:00)
İstanbulda 13 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzasının görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, yaralılardan 2-sinin vəziyyəti ağır olduğu bildirilir.

Görüntülərdə avtobusun kəskin dönüş edərək taksiyə və yanındakı insanları qabağına qataraq qəza törətdiyi anbaan təhlükəsizlik kameraları vasitəsi ilə çəkilib.

Taksi sürücüsü Şərif Akpınar hadisəni belə danışıb: "Heç nə olmamış kimi mən də camaat kimi gözləyirdik. Bu zaman qəfildən çıxan avtobus səkidəki adamları və taksini qabağına qatdı. Oturacaqda oturub avtobus gözləyən 2 qadından birinin qıçı qopdu. Mən taksinin altında qalan vətəndaşlara heç baxa bilmədim. Ətrafdakı vətəndaşlar maşınları qaldıraraq yaralıları çıxartdılar".

AzNews.az