“Bu matəm günü bunların konsertinə fikir verin”- Rəqsanə

1 Avqust 2014 20:16 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılova İnstaqram səhifəsində "Mədəniyyət" kanalının ünvanına sərt sözlər yazıb.

AzNews.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi sözügedən kanalda yayımlanan musiqi çarxına etirazını bildirib:

"Dövlət televiziyasındakı biabırçılığa baxın. Bu dəqiqə musiqi proqramı gedir. Bu matəm günü bunların konsertinə fikir verin. Ayıbdır... Utanın! Adamın ürəyi yanır. Bu qədər şəhid vermişik. Analar göz yaşı tökür, bunlar isə əllərində qaval konsert keçirib, mahnı oxuyurlar. Sonra da çıxıb üzr istəyəcəklər ki, bilməmişdik. Ölənlər bizim balamız, qardaşımız, qanımızdır".

AzNews.az