Ermənistan itkilərini niyə gizlədir?

2 Avqust 2014 11:34 (UTC+04:00)
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Ermənistan tərəfinin itki verməsi barədə məlumatı da açıqlayıb. Nazirliyin baş qərargahından ANS-ə verilən eksklüziv məlumata görə, bu gecə baş verən döyüşdə Ermənistan silahlı qüvvələrinin 20-yə yaxın hərbçisi öldürülüb, onların arasında Ermənistan xüsusi təyinatlıları da olub. Ermənistan tərəfi son iki gündəki itkilərinin real həcmini gizlədir!

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ermənistan tərəfindən itkilər haqda məlumatlar cəmiyyətdən gizlədilir. Hazırda Ermənistan ordusuna xeyli sayda itkilərin baş verdiyi və onların meyitlərinin Dağlıq Qarabağa yığıldığı bildirilir.

AzNews.az