Yığmamızın son şansı
11 Sentyabr 2012 09:44 (UTC+04:00)
AzNews.az xəbər verir ki, basketbol üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu – səkkizinci oyununa çıxacaq. Basketbolçularımız səfərdə almanlarla münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, yığmamız AÇ-2013-ün seçmə mərhələsində Almaniya ilə Bakıdakı oyunda məğlub olmuşdu – 68:85. Bu günkü səfər oyununda komandamıza yalnız qələbə lazımdı. Əks halda yığmamız AÇ-2013-ün final mərhələsinə vəsiqə qazana bilməyəcək. Balketbolçularımız bu görüşdə sensasiyaya imza atsalar Azərbaycan ilk dəfə 2013-cü ildə Sloveniyada keçiriləcək AÇ-da iştirak edəcək.
Yığmamız AÇ-2013 üçün keçirdiyi görüşlərdə Elxan Əliyevin yetirmələri yalnız Lüksemburqla hər iki oyunda qələbə qazanıb. Bolqarıstanı və İsveçi Bakıda məğlub etsək də, səfərdə hər iki yığmaya məğlub olmuşuq.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
11 sentyabr
ALMANİYA – AZƏRBAYCAN
AzNews.az