Müğənni Rəhim Rəhimli “Lider TV”dən qovuldu- EKSKLÜZİV - YENİLƏNİB

11 Sentyabr 2012 10:28 (UTC+04:00)
Müxbirimiz Rəhim Rəhimli ilə əlaqə saxladı. Müğənni kanalı tərk etdiyini təsdiqləsə də, səbəblərini açıqlamaq istəmədi.

***
11:47

Müğənni Rəhim Rəhimli "Lider" televiziyasından qovulub. Bu barədə məlumatı AzNews.az-a kanalın əməkdaşları verib.

Xatırladaq ki, Rəhim Rəhimli artıq 5 ilə yaxındır ki, "Lider"də aparıcılıq edirdi. Məsələni Rəhim Rəhimlinin özündən öyrənmək üçün müğənnilə telefon əlaqəsi yaratmaq istəsək də, alınmadı. O heç bir telefona cavab vermir.

Qeyd edək ki, onun aparıcısı olduğu "Oyna, dostum" verilişinin bundan sonra kimə həvalə olunması hələlik bəlli deyil.

Əminə
AzNews.az