Şeyxdən şəhidlərlə bağlı- Qərar

3 Avqust 2014 11:25 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə avqustun 3-də paytaxt Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə Azərbaycan ordusunun Vətən torpağı uğrunda şəhid olmuş əsgərlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

Bu barədə QMİ-nin mətbuat xidmətindən APA-ya bildiriblər:

"A. Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir".