Yeni “Annan” Misirdə

11 Sentyabr 2012 09:51 (UTC+04:00)


BMT-nin Suriya missiyasının yeni rəhbəri Laxdar Brahimi Yaxın Şərqə səfər edib. AzNews.az-ın aljazeera.com saytına istinadən verdiyi xəbərə görə, Brahimi Misirin yeni seçilmiş prezidenti Məhəmməd Morsi ilə görüşüb, bölgədəki ümumi vəziyyətlə yanaşı Suriya problemini də müzakirə edib.

O, keçirdiyi mətbuat konfransında bildirib ki, bir neçə gündən sonra Suriyaya səfər edəcək və bu ölkə rəhbərliyi, qeyri hökumət təşkilatları ilə paytaxtda və bölgələrdə görüşlər keçirəcək. Əsədlə görüşəcəksinizmi sualına isə, BMT missiyasının rəhbəri qeyri müəyyən cavab verib. "Ümidvaram ki, görüşəcəyik ancaq dəqiq bilmirəm".

Qeyd edək ki, Laxdar Brahimi bu vəzifədə Kofi Annanı əvəz edir. Annan missiyanın nəticəsizliyi səbəbilə istefa vermişdi.

Sadiq
AzNews.az