Müharibə veteranları hərbi komandanlığa müraciət etdilər

3 Avqust 2014 16:37 (UTC+04:00)
Tərtər rayonunun cəbhəyanı Qapanlı kəndindən olan I Qarabağ müharibəsinin veteranları hərbi komandanlığa müraciət ediblər.

APA-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşı xəbər verir ki, müharibə iştirakçısı olmuş qapanlılar müraciətlərində döyüşə hazır olduqlarını qeyd edib, səngərlərə, düşmən qarşısına göndərilmələrinə şərait yaradılmasını xahiş ediblər. Onlar bildiriblər ki, cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxtda düşmənə qarı döyüşmək, ona layiqli cavab verilməsində hərbçilərimizin yanında olmaq istəyirlər.

Lakin ərazinin müdafiəsini üzərinə götürmüş hərbçilər komandanlıq adından müharibə veteranı olan Qapanlı sakinlərinə təşəkkür edərək, hələlik belə bir addıma ehtiyac olmadığını bildiriblər. Hərbçilər qeyd ediblər ki, səngərlərdə keşik çəkən əsgərlərimiz düşmənə layiqli cavab vermək gücündədir və bunu edir.

Lazım gələrsə, gələcəkdə keçmiş döyüşçülərin təcrübə və bacarığından istifadə oluna bilər.

AzNews.az