Yaralı əsgərimiz vəfat etdi - Şəhid sayı artır

4 Avqust 2014 08:41 (UTC+04:00)
Yaralı əsgərimiz vəfat edib. Müdafiə nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!




AzNews.az