Sabah hava buludlu olacaq

4 Avqust 2014 11:03 (UTC+04:00)
Sabah Azərbaycanda buludlu hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, avqustun 5-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti proqnozlaşdırılır.

AzNews.az