Keçmiş deputatın “qatıqlamaq vaxtı” - FOTOLAR

4 Avqust 2014 14:16 (UTC+04:00)
Son günlər hər kəsin müharibədən, döyüşdən danışdığı bir vaxtda keçmiş deputat Nazim Məmmədov ağartı məhsullarının tanıtımı və reklamına vaxt ayırır. Belə ki, N.Məmmədov bir neçə dəqiqə öncə paylaşdığı fotoda hansı rayona məxsus olduğu bilinməyən Məhəmmədəli kəndinin ağartı məhsullarını tərifləyib. 680 qramı 90 qəpiyə olan qatıq sabiq deputation o qədər xoşuna gəlib ki, məsləhət verməyi də unutmayıb: "Məhəmmədəli kəndinin qatıq məhsulu. 680 qr 0.90 man. Bir sözlə, "qatıqlamaq" zamanıdır".

Hər halda fərdi profilində kimin nə paylaşması onun şəxsi işidir. Amma deputat status daşımış bir şəxsin belə məqamda bu status paylaşmağı anlaşılmır.




İntiqam Valehoğlu
AzNews.az