Türkiyəli deputat: “Ermənistan Azərbaycana təzminat ödəməyə məhkum edilməlidir”

4 Avqust 2014 14:30 (UTC+04:00)
Ahmet Kenan Tanrıkulu: "Beynəlxalq ictimaiyyətin cəbhədəki vəziyyətə səssiz qalması çox dəhşətlidir"

"Azərbaycan-Ermənistan sərhədində Ermənistanın bütün beynəlxalq qaydaları heçə sayıb atəşkəsi pozaraq 12 Azərbaycan əsgərini şəhid etməsi çox dəhşətlidir. Beynəlxalq ictimaiyyətin bu duruma səssiz qalması isə daha da dəhşətlidir".

Bu sözləri Editor.az-a özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin İzmirdən olan millət vəkili Ahmet Kenan Tanrıkulu deyib. Onun sözlərinə görə, digər ölkələr tərəfindən dərhal Ermənistana lazımi cəza sanksiyaları tətbiq olunmalı, Ermənistanın beynəlxalq hüquq tanımazlığının qarşısı alınmalıdır:"Ermənistanın son insanlıqdan kənar hücumu beynəlxalq hüquqda cəzasız qalmamalı, Azərbaycana təzminat ödəməyə məhkum edilməlidir".

Deputat qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın torpaq bütünlüyünü müdafiə edir: "Şəhid olan 12 azərbaycanlı qardaşımızın ailələrinə millətimiz və dövlətimiz adına başsağlığı verir, şəhidlərimizin kədərini ürəyimizdə hiss etdiyimizi ifadə etmək istəyirəm".

AzNews.az