VHP beynəlxalq konfransa dəvət edildi

4 Avqust 2014 15:30 (UTC+04:00)
Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş Assembleyasının növbəti toplantısı bu ilin 18-21-sentyabrında, Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçiriləcək.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, VHP rəhbərliyi də Baş Assembleyaya dəvət olunub.

Qeyd edək ki, toplantıda 23 ölkədən 41 partiyanın iştirakı nəzərdə tutulub. Asiya və Okeaniya ölkərinin siyasi partiyalarının forumu olan "Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı" 2000-ci ildə Manilada təsis olunub.

AzNews.az