Ələkbər Məmmədov dəfn olunub - FOTOLAR

4 Avqust 2014 19:00 (UTC+04:00)
Futbol veteranı Ələkbər Məmmədov bu gün son mənzilə yola salınıb.

Apasport.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən vida mərasiminə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, PFL prezidenti Ramin Musayev və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Bir sıra veteran futbolçular, o cümlədən Kazbek Tuayev, yığmamızın sabiq məşqçisi Nazim Süleymanov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Neftçi"nin çalışdırıcısı Böyükağa Hacıyev, yığmamızın üzvləri Kamran Ağayev, Aqil Məmmədov, Anar Nəzirov, Ruslan Abışov, millimizin sabiq futbolçuları Dmitri Kramarenko, İqor Getman və digərləri mərhumun cənazəsi önündə fəxri qarovulda dayanıblar.

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, bu gün ölkəmiz üçün ağır gündür, Ə. Məmmədovun ölümü ilə Azərbaycan futbolu çox şey itirib: "Onun Azәrbaycan futboluna xidmәtlәrini hәr kәsә bilir. Ələkbər Məmmədov Azәrbaycan milli komandasının baş mәşqçisi, İcraiyyә Komitәsinin üzvü kimi çalışıb, daim fәallığı ilə seçilib. Komitә mәhz onun tәcrübәsinә әsaslanaraq, lazımı qәrarlar çıxarırdı".

Vida mərasiminin ardından "Neftçi"nin sabiq futbolçusu II Fəxri xiyabanda dəfn olunub.

AzNews.az