Rus hərbi kəşfiyyatçısı: “Rusiyanın sonuna az qalıb”

5 Avqust 2014 11:48 (UTC+04:00)
"Putin bir siçovul kimi kənara sıxışdırıldığını yaxşı anlayır".

Axar.az xəbər verir ki, bu barədə məşhur rus yazıçısı və keçmiş hərbi kəşfiyyatçı Viktor Suvorov açıqlama verib. O, Malayziya sərnişin təyyarəsinin vurulması ilə Putinin qırmızı xətti keçdiyini deyib:

"Putin bir siçovul kimi kənara sıxışdırıldığını yaxşı anlayır. Malayziya təyyarəsinin vurulması artıq onun üçün son hədd oldu. Putin qırmızı xətti keçdi. Siz Putin hökumətinin maliyyə vəziyyətini bilirsiniz? Ölkənin milyardlarla borcu var. Bu borcun həcmi çox böyükdür. Rusiya köhnə borclarını ödəmək üçün başqa dövlətlərdən faizlə pul alıb. Ukraynada baş verənlərdən sonra artıq heç kim ona borc pul vermək istəmir və ölkənin borcu daha da artıb. Artıq Rusiyanın sonuna çox az qalıb".

AzNews.az