Azərbaycan Ordusu Fizuli və Ağdam istiqamətində bir xeyli irəliləyib - İddia

5 Avqust 2014 13:18 (UTC+04:00)
Musavat.com-un cəbhə bölgəsi və müdafiə nazirliyindəki mötəbər qaynaqlardan əldə etdiyi məlumatlarda iddia olunur ki, Silahlı Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər. Qaynağımızdan biri Silahlı Qüvvələrin 4-5 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı olaraq, belə ifadə edib: "Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi"...

Bu qəbildən olan məlumatda daha böyük iddialar var; lakin onları dəqiqləşdirmək imkanına sahib deyilik. O səbəbdən də yayınlamırıq. Hazırda müdafiə nazirliyi xətti ilə sərhəd döyüş nöqtəsində olan Azərbaycan jurnalistləri də bu barədə net hələlik heç bir açıqlama vermirlər. Onlardan biri isə özünün Facebook səhifəsində bunları yazıb: "Yovşan etri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada... Qürur duydum! Her şey əla olacaq!"