Qadın 9-cu mərtəbədən yıxılıb öldü

11 Sentyabr 2012 11:16 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 10-da Bakının Xətai rayon sakini Arzu Hüseynova ehtiyatsızlığı nəticəsində 9-cu mərtəbədən yıxılaraq ölüb.

Bildirilir ki, Arzu Hüseynova mənzilində pəncərə şüşəsini silərkən ehtiyatsızlıq edib və nəticədə bədbəxt hadisə baş verib.

Elza
AzNews.az