Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas olundu

5 Avqust 2014 18:30 (UTC+04:00)
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas olunublar.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə batma təhükəsi ilə üzləşmiş 2 nəfər Nazirliyinin "Seyidli" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 17:50-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş digər məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə batma təhükəsi ilə üzləşmiş 1 nəfər Nazirliyinin "Lökbatan" sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub. Əməliyyat saat 18:50-də başa çatıb.

AzNews.az