Ərdoğanın reklam çarxı qadağan edildi - VİDEO

5 Avqust 2014 20:59 (UTC+04:00)
Türkiyə Yüksək Seçki Şurası (YSK) prezidentliyə namizəd olan Rəcəb Tayyib Ərdoğannın dünəndən etibarən yayımlanan reklam filmini qadağan edib.

ANS PRESS-in məlumatına görə, səbəb isə reklam filmində azan səsinin və dua edən qadın görüntüsünün olmasıdır. YSK bunu dini duyğuların istismar edilməsi kimi qiymətləndirib və reklam filminin yayımını dayandırıb.

Qeyd edək ki, reklamın qadağan edilməsi ilə bağlı YSK-ya müraciəti müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) YSK-dakı nümayəndəsi, vəkil Kürşad Ərgün ünvanlamışdı.

Ərdoğan tərəfdarlarında şok effekti yaradan bu qərar YSK üzvlərinin böyük əksəriyyətinin razılığı ilə verilib.



AzNews.az