Millinin oyunu hansı kanalda göstəriləcək?

11 Sentyabr 2012 11:27 (UTC+04:00)


AzNews.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün yerli vaxtla saat 20:15-də (Bakı vaxtı ilə 12 sentyabr, saat 00:15), Braqa şəhərindəki AXA stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan oyunu AzTV vasitəsilə canlı yayımlanacaq.

Xəbəri AFFA yayıb.

AzNews.az