Qazaxda qanunsuz cəbbəxana aşkarlandı
6 Avqust 2014 11:38 (UTC+04:00)
Qazax rayonunun Ağköynək kəndinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb. AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Qazax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat nəticəsində Ağköynək kəndinin ərazisindən "TOZ 63" markalı, nömrəsiz "TOZ-8" markalı, lüləsi və qundağı kəsilmiş bir neçə tüfəng, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Tapılan qanunsuz silah və sursat müsadirə olunub.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
AzNews.az