Son bir sutka ərzində Donbassda 18 Ukrayna hərbçisi həlak olub

6 Avqust 2014 13:50 (UTC+04:00)
Ukraynanın şərqindəki Donbass bölgəsində güc strukturlarının əməkdaşları ilə separatçı-terrorçu qruplaşmalar arasında gedən qanlı döyüşlərdə son bir sutka ərzində 18 Ukrayna həbsçisi həlak olub, 54-ü yaralanıb.

APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, bu rəqəmi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko keçirdiyi gündəlik brifinqdə açıqlayıb. "Bu, antiterror əməliyyatında iştirak edən bütün güc strukturlarından alınan məlumatların cəmidir", - deyə o, söyləyib.

A. Lısenko terrorçuların Ukrayna qüvvələrinin Luqansk, Donetsk, Qorlovka, Staxanov, Alçevsk və Sverdlovsk şəhərləri istiqamətində hücum hazırlıqlarını pozmağa çalışdıqlarını deyib. Antiterror əməliyyatına cəlb olunmuş qüvvələr əməliyyatların aktiv fazasını davam etdirmək üçün hazırlıq tədbirləri həyata keçirirlər.

AzNews.az